Reankarnasiya
Bəzi insanlar reankarnasiyaya inanmır , elmi cəhətdən də tam sübuta yetirilməsədə tarixdə bəzi hadisələr var ki insan heç cür izah edə bilmir. Onlardan biridə Pollok ekiz bacılarıdır. 11 yaşlı Coanna və 6 yaşlı Jaklin 1957 ci ildə avtomobil qəzasında dünyalarını dəyişirlər. Qəzadan 1 il sonra yenidən hamilə qalan anaları Florens Pollok 2 ekiz bacı dünyaya gətirir. Uşaqlar 3 aylıq olarkən köhnə evlərindən köçürlər. Maraqlı hadisələr də uşaqlar böyüməyə başlayarkən başlayır. Hər 2 uşağın bədənində , ölən uşaqlarla tam eyni yerdə eyni dogum ləkəsi var idi. 2 yaşına çatdıqda uşaqlar ölən uşaqların işlətdiyi oyuncaqları istəməyə başladı. Qəribəsi o idiki, onlar o oyuncaqları heç vaxt görməmişdilər. Oyuncaqlara ölən bacılarının qoydugu adları qoymaga başlayanda artıq anası qorxmağa başlamışdı və şokda idi. Hadisə qısa zamanda dünyaya yayıldı. Uşaqlar daha sonra köhnə evlərinə köçdükdə bu hadisələri davam etdirməyə başladılar. Beləki onlar ilk dəfə gördükləri bu evdə hər şeyin yerini dəqiq bilir , ilk dəfə girmələrinə baxmayaraq öz otaqlarını tanıyır hətta yaxınlıqdaki məktəbidə analarına "mən əvvəl burda oxumuşam " deyə göstərirdilər. Qızlar eyni zamanda maşınlardan qorxaraq "Maşılar bizi tutacaq " deyib çəkinirdilər. Bu hadisə tarixə reankarnasiyanın ola bilmə ehtimallarından biri kimi keçmişdir.
Bəs sizcə reankarnasiya var ?

Yorumlar
Yorum Gönder