İnsan ömrünü nələrə sərf edir ?
Ortalama 70 il yaşayan bir insan ömrünü nələrə sərf edər gəlin baxaq
- Əgər günlük 8 saat yatarsa , ömrünün 25 ilini yatmağa sərf edir
- Müasir insan olaraq bir insan televizor izləməyə , komputer arxasında oturmağa və telefonla danışmağa 20 il vaxt sərf edir. Nəzərə alsaq ki hal hazırda insanlar buna daha çox vaxt ayırır, bu rəqəm daha da böyük olar
- Orta hesabla 4-5 il yemək və içməyə gedir. Kafe , çayxanalarda keçirilən vaxt çox olduqda bu rəqəm böyüyür
- 2-3 ilimizi gigiyenik qaydalara əməl etməklə keçiririk
- Şəxsi maşını olanlar ömürlərinin 2 ilini tıxacda keçirilər
- Maşını olmayanlar isə ömrlərinin 1 ayını avtobus gözləməyə sərf edirlər
- Alış-veriş və şopping isə kişilərin 2 ilini , qadınların isə 3 ilini alır
- Siqaret çəkən insanlar 160 gününü buna sərf edir
- Qadınlar bəzənmək üçün ömürlərindən 135 gün xərcləyirlər
- Kişilər isə saqqalı qırxmağa 115 gün vaxt ayırır
- Bank , xəstəxana və .s yerlərdə gözlədiyimiz növbələr isə həyatımızdan 6 ay alır
- Təmizkar qadınlar 3-4 ilini ev təmizliyinə ayırır
- Və nəhayət insan ömrünün 3-4 ayı isə seksə sərf edilir

Yorumlar
Yorum Gönder