Hekayə vaxtı (#2)

Bir gün bir kişi yarışma üçün getdiyi ərazidən biraz uzaqda , kimsəsiz bir meşəlik ərazidə oteldə qalmalı olur. Otelə girib otaq istədikdə, xidmətçi qız deyirki, otağınızla üzbəüz 2 ci otaq bağlıdı ora girməyin. Kişi buna təəccblənir ama otağın yanından keçəndən baxmır belə çünki çox yorgun idi. 2 ci gün yenidən otelə qayıdanda isə qapının qabağında dayanır və açar deşiyindən içəri baxır. Otağln ən sonunda bir qadını oturub üzünü divara çevirmiş görür. Lakin qadın çox solğun , rəngsiz görünürdü. Kişi otağına gedir. 3 cü gün yenidən otelə qayıtdıqda birdə ayaq saxlayıb açar deşiyindən baxır lakin bu dəfə heçnə görmür. Hər yer qıpqırmızı idi elə bil açar deşiyinə qırmızı lent bağlamışdılar ki heç kim baxmasın. Kişi aşağı düşür və maraq üçün soruşur. O otaqda nə var ? Qadın danışmağa başlayır. O otaqda bir qadın özünü öldürüb. Ondan sonra o otaqda qalan bütün qonaqlar , həmin ölən qadının çox solğun ruhunun otaqda gəzişdiyini deyirlər. Hətta qıpqırmızı gözləri var.

Kişi bunu eşidəndə bədənindən bir titrəmə keçdi. çünki açar deşiyindəkinin qırmızı lent yox , qadının gözləri olduğunu anlamışdı...



Yorumlar