Salem Cadugər Məhkəmələri



Amerikada Salem qəsəbəsində 1692-1693 cü illər arasında 19 insan , cadugər damğasıyla edam edildi. Tarixə Salem Cadugər Məhkəmələri adıyla keçən hadisə , qəsəbədəki balaca qızların sara xəstəliyi keçirməsi , bayılması , tez-tez qışqırmasıyla başladı. Qısa müddətdə küçələr durduq yerə bayılan , ağzı köpüklənən adamlarla dolmağa başladı. Sonradan buna səbəb kimi , Claviceps purpurea adlı göbələyin yol açdığı iddi edildi. Bu göbələk eyni zamanda LSD adlı narkotik maddənin hazırlanmasında istifadə edilir. Küləklərin təsiriylə göbələklər çovdarlara , ordan isə qəsəbə çörəklərinə qarışdığı düşünülürdü. Beləcə bütün qəsəbə 1693 cü ilin mayına , qış bitib, külək kəsənə qədər nəşəli vəziyyətdə gəzdilər. Ancaq yenədə bu bir iddia idi , əsl səbəb heç vaxt tapılmadı.


Yorumlar