Bəzi qəribə ölümlər :
1. Pisa kəndində yaşayan italyan Romollo Ribaldo bir gün çarəsizlikdən intihar etmək istədi. Arvadı bunu görəndə başına tapança dayamış ərini intihardan çəkindirmək üçün dil tökməyə başladı. Sonda bunu bacardı və Romollo silahı yerə tullayarkən silahdan atəş açıldı və arvadı öldü
2. Marko və Roberto de Solisa 2 qardaş idi. Lakin uzun illər Roberto Marko ilə məzələnməsinə dayana bilməyən Roberto sonda qardaşını vurdu. Lakin onlar bitişik ekizlər olduğu üçün qan dövranı sistemi dayanan Markonun ölümü Robertonun da ölümünə səbəb oldu
3. Kambocada 2 əsgər partlamamış mina ilə futbol oynamağa çalışarkən öldü. Bu 2 əsgər ölkənin ən yaxşı mina axtaranları idi
4. New Hempshere"də 10 yaşlı uşaq cola butulkasının qapağını mismarla deşməyə çalışarkən , coladan vuran təzyiq mismarı uşağın boğazına doğru fırlatdı və öldürdü
5. Bir gənc intihar etmək üçün 10 cu mərtəbədən özünü atmağa hazırlaşırdı. Özləri 9 cu mərtəbədə yaşayırdı və ana atası tez tez balkonda dalaşırdılar. 8 ci mərtəbədə isə böyük bir dəmir lövhə vardı və oglan özünü atsa belə o lövhənin üzərinə düşərək xilas olacaqdı. Lakin oğlan özünü atan sırada anasıyla atası yenə aşağıda dalaşırdılar və atası anasını vurmaq üçün tüfəngi götürəndə anası özünü balkondan tulladı və lövhənin üzərinə düşərk sağ qaldı. lakin gənc özünü atdığı sırada tüfəngdən açılan gülləylə öldü
6. 1983 cü ildə oğurluq üstəndə tutulan San Diego'lu qadın, polislərə əgər onu buraxmasalar ölənədək nəfəsini tutacağını dedi. Polislər isə onu buraxmadı və qadın doğurdanda nəfəsini tutaraq öldü
7. Təcrübəli məşhur hava akrobatı İvan Mcguire, Şimali Karolinada 3 min metr hündürlükdən tullanmağa hazırlaşırdı. Bu tullanışı rekord üçün kameraya çəkəcək olan İvan , kameranı götürməyə o qədər həvəsli idi ki, tullanarkən kameranı unutmadı ama paraşut taxmağı unutmuşdu.
8. Tez tez xoruldama problemi yaşayan Mark Gleeson, bunu dayandırmaq üçün burnuna molped taxdı və gecə boğularaq öldü
9. Misirdə bir ferma sahibi toyuğunun çaya düşməsiylə özünü çaya ataraq onu çıxartmaq istədi. lakin özü axıntıya düşdü və bu zaman oğlu da çaya tullandı. Daha sonra onlara kömək üçün dalbadal kişinin arvadı , qızı və gəlini də tullandı. Sonda toyuq özü çaydan çıxdı lakin digər hər kəs öldü.
10. İraqlı terrorist Rahnajet, bombanı paketləyib poçta göndərdi. Lakin paketin üstünə marka vurmağı unutduğu üçün poçtdan paketi geri göndərdilər. Rahnajet isə paketin nə olduğunu bilmədən açaraq partladı.

Yorumlar
Yorum Gönder